"Barselona"da Aquero şoku

10:50 - 2 Noyabr 2021

“Barselona” ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, İspaniya La Liqasının 12-ci turunda “Alaves”lə oyundan (1:1) sonra xəstəxanaya aparılan Serxio Aqueronun durumuna aydınlıq gəlib. Argentinalı futbolçuya aritmiya (ürəyin normal ritminin pozulması) diaqnozu qoyulub.

 

 

33 yaşlı futbolçu bu səbəbdən 3 ay yaşıl meydanlardan kənar qalacaq.

 

Xəbər xətti