Larsson "Barselona"dan ayrıldı

15:26 - 2 Noyabr 2021

"Barselona"da məşqçilər korpusunda yer alan Henrik Larsson Kataloniya klubunu tərk edib.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Ronald Kumanın istefaya göndərilməsindən sonra Larsson da komandada qalmaq istəməyib.

 

Qeyd edək ki, Kuman 2020-ci ilin avqustunda Larssonu komandaya dəvət etmişdi. İsveçli veteran forvard 2004-2006-cı illərdə "Barselona"da çıxış edib və 62 oyuna 22 qol vurub.

Xəbər xətti