Xavidən "Barselona"ya "yaşıl işıq"

12:59 - 4 Noyabr 2021

"Barselona"nın baş məşqçi postuna əsas namizəd olan Xavi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis Kataloniya təmsilçisini çalışdırmaq istədiyini deyib:

 

"Barselona" ilə bir neçə gündü təmaslarımız davam edir. Hazırda hər şey klublar arasındakı danışıqlardan asılıdı. Hamımız həyəcanlıyıq. Nələrin baş verəcəyini görəcəyik. Mən həqiqətən də evimə, "Barselona"ya qayıtmaq istəyirəm. Ümid edirəm bu gerçəkləşər".

 

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Xavi 1997 - 2015-ci illərdə əsas komandanın formasını geyinib. 2015 - 2019-cu illərdə Qətərin "Əl Sədd" klubunda oynayan keçmiş yarımmüdafiəçi, 2019-cu ildə bu kluba baş məşqçi təyin olunub. O, baş məşqçi kimi Qətər çempionuğu və ölkə kubokunu qazanıb.

Xəbər xətti