Millimizin keçmiş qapıçısı: "Portuqaliyalılar bizi "sürdülər"

15:21 - 4 Noyabr 2021

Azərbaycan millisinin keçmiş qapıçısı Dmitri Kramarenko Rusiya mətbuatına müsahibə verib.

Sportal.az xəbər verir ki, hazırda ÇSKA-da (Moskva) qapıçılarla iş üzrə məşqçi kimi çalışan Kramarenko Azərbaycan millisində forma geyindiyi vaxt AÇ-2000-nin seçmə mərhələsində Portuqaliyaya səfərdə 0:7 hesabı ilə uduzduqları oyunla bağlı danışıb:

 

"Portuqaliya millisinə qarşı oynadıq, o zaman Kriştiano Ronaldo hələ orada deyildi. Amma komanda çox güclü idi. Səfərdə 0:7 hesabı ilə uduzduq. Çox əsəbiləşdim və anladım ki, bu qədər qol buraxmağa haqqım yoxdur. Portuqallar bizi "sürdülər". Özümə söz vermişdim ki, cavab oyununda uduzmayacağıq. Bakıda iki gün oynadıq. İlk gündə 0:0 hesabı qeydə alınıb və görüş zamanı stadionun işıqları söndü. Ertəsi gün oynadıq və yekunda 1:1 hesablı heç-heçə etdik - 1:1. Bu, böyük uğur idi".

Xəbər xətti