Azərbaycan millisi üçün Türkiyədən daha bir namizəd

14:14 - 8 Noyabr 2021

Türkiyəli mütəxəssis Samet Aybaba Azərbaycan millisinə baş məşqçi təyin oluna bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, 66 yaşlı mütəxəssis yığmanın baş məşqçi postuna namizədlər sırasındadı.

 

AFFA rəhbərliyi yaxın zamanda 66 yaşlı mütəxəssislə görüşəcək. Samet Aybaba da Azərbaycan millisində işləməyə müsbət yanaşır.

 

Samet Aybabanın son iş yeri "Adana Dəmirspor" olub.

 

Azərbaycan yığmasını hazırda Canni De Byazi çalışdırır. İtalyan mütəxəssisin müqaviləsi noyabrın sonuna qədərdi. Onun vəzifəsindən göndəriləcəyi gözlənilir.

 

Daha əvvəl türkiyəli mütəxəssis Okan Burukun adı Azərbaycan millisi ilə hallanırdı.

Xəbər xətti