Türkiyəli məşqçi AFFA ilə danışıq apardığını təsdiqlədi

11:58 - 9 Noyabr 2021

Azərbaycan milli komandasının baş məşqçisi postuna namizəd olan Samet Aybaba açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "Fanatik" nəşrinə danışan 66 yaşlı mütəxəssis AFFA-dan ona maraq olduğunu təsdiqləyib. Aybaba danışıqların davam etdiyini bildirib:

 

"Marağın olduğu doğrudur. Danışıqlarımızın olduğunu da deyə bilərəm. Lakin rəsmi olaraq nəticələnən bir anlaşma yoxdur. Danışıqlarımız davam edir".

 

Qeyd edək ki, Samet Aybabanın son iş yeri "Adana Dəmirspor" olub. 

Xəbər xətti