"Barselona"nin hücumçusu Serxio Aquero karyerasını bitirə bilər.
Sportal.az xəbər verir ki, La Liqanın 11-ci turunun "Alaves"lə oyununda (1:1) nəfəs çatışmazlığına görə oyundan çıxan argentinalı oyunçunun durumu ciddidi.
3 ay yaşıl meydanlardan uzaq qalacağı deyilən 33 yaşlı forvardla bağlı yeni iddia ortaya çıxıb. İspaniya mətbuatının yaydığı məlumata görə, Aqueronun durumu daha ciddi və karyerasını bitirmək məcburiyyətində qala bilər.
Qeyd edək ki, Serxio Aquero 10 illik "Mançester Siti" karyerasından sonra bu ilin yayında "Barselona"ya transfer olmuşdu.
saytlarin hazirlanmasi