Aquerodan karyerasını bitirəcəyi ilə bağlı yayılan xəbərə münasibət

23:49 - 12 Noyabr 2021

"Barselona"nın hücumçusu Serxio Aquero sağlamlıq durumu ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, argentinalı hücumçu karyerasını bitirəcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib:

 

"Bütün deyilənləri göz önünə alıram. Klub həkimlərinin təlimatlarını yerinə yetirirəm. Müayinə edilirəm və müalicə alıram. 90 gün sonra görüşərik. Pozitiv qalın".

 

İspaniya La Liqasında "Alaves"lə oyunun 42-ci dəqiqəsində meydanı tərk edən Aqueroya ürək ritminin pozulması diaqnozu qoyulmuşdu. 33 yaşlı futbolçunun 3 ay yaşıl meydanlardan kənar qalacağı açıqlanmışdı.

Xəbər xətti