Tellur Mütəllimov millidən kənarlaşdırılıb

23:11 - 12 Noyabr 2021

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda noyabrın 11-də keçirilmiş Azərbaycan - Lüksemburq oyununda qırmızı vərəqə ilə cəzalandırılan Tellur Mütəllimov milli komandanın düşərgəsindən kənarlaşdırılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.


Millimiz noyabrın 14-də Bakı Olimpiya Stadionunda Qətər millisi ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma saat 21:00-da başlayacaq.

 

Xəbər xətti