"Azərbaycan yaxşı müdafiə olunurdu"

23:56 - 12 Noyabr 2021

21 yaşadək futbolçulardan ibarət Avstriya millisinin baş məşqçisi Verner Qreqorits Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

 

“Bizim üçün çətin oyun oldu. Rəqib oyunda çox yaxşı müdafiə olunurdu. İkinci hissədə oyuna diqtə edən tərəf biz olduq və nəticədə inamlı qələbə qazandıq”.

Xəbər xətti