Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən Andres İnyesta keçmiş komandası "Barselona"ya qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi diqqətini "Vissel Kobe"yə yönəltdiyini deyib:
"Gələcəkdə nə olacağını bilmirəm. Amma həyatımın bir nöqtəsində olan "Barselona"ya qayıtmaq istəyirəm. Həyat mənə hansı şəkildə dönəcəyimi göstərəcək. Baş məşqçi olmaq fikrim var, amma "Barselona"nı çalışdırıb-çalışdırmayacağımı bilmirəm. İndiki anı yaşamağı sevirəm və futbol oynamağa davam etmək istəyirəm".
saytlarin hazirlanmasi