U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Norveçlə oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, matçı Yunanıstandan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Vassilis Fotyas olacaq. Ona Xrisula Kurobiliya və Andreas Mentanas köməklik göstərəcək. Dördüncü funksiyasını isə Agelos Evangeru yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi