İspaniyanın "Real Betis" klubunun yarımmüdafiəçisi Xoakin karyerası barədə danışıb.
Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu mövsümün sonunda karyerasını bitirəcəyini deyib:
"40 yaşım var. Ötən günlərdə oynadığım bir qarşılaşmada futbola başladığım zaman hələ dünyaya gəlməmiş bir uşaqla meydanda idim. Həmin an düşündüm ki, mənim vaxtım çatıb. Bu, mənim son mövsümümdür".
İspaniya millisində oynamış futbolçu "Real Betis"in yetirməsidir. O, "Valensiya", "Malaqa" və "Fİorentina"da da çıxış edib.
saytlarin hazirlanmasi