Bu gün DÇ-2022-nin seçmə mərhələsinə yekun vurulacaq.
Sportal.az xəbər verir ki, 10-cu turun son oyun günündə D, E, və G qruplarında ümumilikdə 7 görüş keçiriləcək. Bununla da Avropadan final mərhələsinə və pley-offa vəsiqə qazanan son komandalar bəlli olacaq.
16 noyabr
D qrupu
23:45. Finlandiya - Fransa
23:45. Bosniya və Herseqovina - Ukrayna
E qrupu
23:45. Uels - Belçika
23:45. Çexiya - Estoniya
G qrupu
23:45. Cəbəllütariq - Latviya
23:45. Monteneqro - Türkiyə
23:45. Niderland - Norveç