"Çelsi"nin futbolçusu "Osasuna"ya qayıda bilər

19:56 - 16 Noyabr 2021

İspaniya millisinin üzvü Sezar Aspilikueta "Çelsi"dən ayrılacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Nəşrin məlumatına görə, 32 yaşlı futbolçu başa çatan müqaviləsini uzatmayacaq.

 

Təcrübəli oyunçu ilə İspaniyanın "Osasuna" klubu maraqlanır. La Liqa klubu müdafiəçiyə rəsmi müqavilə təklif edəcək.

 

Aspilikueta 2012-ci ildən London klubunda çıxış edir. Təcrübəli futbolçu "Osasuna"nın yetrməsidir və İspaniyada yalnız bu klubda çıxış edib.

Xəbər xətti