Eddi İsrafilov və Dmitri Nazarovun milliyə çağırılmamasının səbəbi müəyyənləşib

21:46 - 18 Noyabr 2021

Azərbaycan millisinin sabiq futbolçuları Eddi İsrafilovla Dmitri Nazarovun yığmaya çağırılmamasının səbəbi bəlli olub.


Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Canni De Byazi "CBC Sport" telekanalındakı "Start" verilişində qonaq olarkən açıqlama verib.


İtaliyalı mütəxəssis bildirib ki, pandemiya vaxtı ölkə xaricində çıxış edən futbolçuların milliyə gəlməsi çox çətin idi: "Bu, əsasən Millətlər Liqasında oynadığımız vaxtlara təsadüf etdi. Onda qərara gəldim, daha çox Azərbaycan Premyer Liqasında oynayan futbolçulara üstünlük verim. Demək olar ki, ancaq onlara dəvət göndərdik. Eddi İsrafilovu pandemiya səbəbindən çağırmadım. Amma daim əlaqədə idik. İyundan sonra klubsuz qaldı. Ona görə də 2022-ci il dünya çempionatının seçmə mərhələ matçlarına çağırılmadı. Nazarova gəlincə, bu, mənim texniki qərarım idi. Əvəzində başqa oyunçulara üstünlük verdim".

 

Dmitri Nazarov hazırda Almaniyanın II Bundesliqa təmsilçisi "Ertsgebirge"də çıxış edir. Hazırda İspaniyanın "Luqo" klubunda baxışda olan Eddi İsrafilovun son komandası isə "Albasete" olub.

Xəbər xətti