Millimiz FIFA reytinqində gerilədi

17:30 - 19 Noyabr 2021

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandası 1139.02 xalla 120-ci pillədə qərarlaşıb. Canni De Byazının rəhbərlik etdiyi yığmamız ötən ayla müqayisədə bir pillə geriləyib.

 

Reytinq cədvəlinə Belçika (1828.45) başçılıq edir. Braziliya millisi (1826.35) ikinci, Fransa (1786.15) isə 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti