Qadınlardan ibarət Azərbaycan milli komandasının Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya millisinə qarşı keçirəcək oyunu idarə edəcək hakimlər müəyyənləşib.
Sportal.az xəbər verir ki, noyabrın 25-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Rusiya qarşılaşmasını Rumıniyadan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: İonela Alina Peşu
Baş hakimin köməkçiləri: Petruta Claudia İugulescu, Mihaela Elena Tepusa
Dördüncü hakim: Cristina Mariana Trandafir