İspaniya La Liqasında baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Elçe" Fran Eskriba ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 56 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
İspaniyalı mütəxəssis bu ilin fevral ayında La Liqa klubunu çalışdırırdı.
Qeyd edək ki, "Elçe" 13 turdan sonra 11 xalla La Liqada 18-ci sıradadı.
saytlarin hazirlanmasi