Azərbaycan – Monteneqro matçının hakimləri müəyyənləşdi

11:05 - 23 Noyabr 2021

Qadınlardan ibarət Azərbaycan milli komandasının Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Monteneqro millisinə qarşı keçirəcək oyunu idarə edəcək hakimlər müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, noyabrın 30-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Monteneqro qarşılaşmasını Albaniyadan olan hakimlər briqadası idarə edəcək:

 

Baş hakim: Emanuela Rusta
Baş hakimin köməkçiləri: Erinda Kume, Miryeta Salla
Dördüncü hakim: Soada Tushay

Xəbər xətti