Siyasət Əsgərov: “Bu qələbə komandaya əlavə stimul verəcək”

21:37 - 30 Noyabr 2021

“Qrupda keçirdiyimiz ilk beş oyun bizim üçün yaxşı nəticələnməmişdi. Təbii ki, bu nəticələr bizi qane etmirdi. Uğursuz gedişə son qoymaq istəyirdik".


Sportal.az xəbər verir ki, bu sözləri qadınlardan ibarət millimizin baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsində Bakıda Monteneqroya qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.


O, 5 məğlubiyyətdən sonra qazanılan ilk qələbəni belə şərh edib: "Sevindirici haldır ki, uğursuzluğa son qoyub evdə qalib gəlməyi bacardıq. Bu nəticə gələcək oyunlar üçün komandaya əlavə stimul verəcək. Qarşıdakı 4 oyundan müsbət nəticələr əldə edib qrupu üst pillələrdə tamamlamaq istəyirik”.

Xəbər xətti