"Barselona"nın müdafiəçisi Jerar Pike qatıldığı verilişdə maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, 34 yaşlı müdafiəçi heç vaxt "Real"a keçməyəcəyini deyib. O, hətta ölməyi Madrid klubunda oynamaqdan üstün tutduğunu bildirib:
"Bu, qətiyyən mümkün deyil. Elə bir şey ola bilməz. "Real"a getməkdənsə, ölməyi seçərəm".
Qeyd edək ki, Pike "Barselona"nın yetirməsidir. Təcrübəli mərkəz müdafiəçisi 2008-ci ildən Kataloniya təmsilçisinin əsas komandasında oynayır.
saytlarin hazirlanmasi