U-19 millimizi kim çalışdıracaq?

12:41 - 3 Dekabr 2021

AFFA İcraiyyə Komitəsinin dünənki iclasından sonra aşağı yaş qruplarından ibarət milli komandalara baş məşqçi təyinatları açıqlandı.

 

Sportal.az xəbər verir ki, U-15/U-16 millisi Füzuli Məmmədova, U-17 Elxan Abdullayevə, U-18 Aqil Nəbiyevə tapşırılıb.

 

Buna qədər Elxan Abdullayevin baş məşqçi olduğu U-19 millisini isə kimin çalışdıracağı haqda məlumat verilmədi.

 

AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla məsələ ilə bağlı Qol.az-a açıqlamasında bildirib: “U-19-da Miloş Velebit olacaq. Çünki U-18-in baş məşqçisi o idi. Onun mövcud müqaviləsi var. Yaş qrupuna əsasən avtomatik U-19-a keçdi”.

 

Qeyd edək ki, serbiyalı mütəxəssis bundan əvvəl  U-15 və U-16 millimizi də çalışdırıb. O, eyni zamanda U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərib.

Xəbər xətti