İspaniyanın "Atletiko" klubu ciddi itkiylə üzləşib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Şime Vrsalko zədələnib. Xorvatiyalı oyunçunun almacıq sümüyü sınıb.
Çempionlar Liqasında "Portu"ya qarşı keçirilən matçda (3:1) zədələnən 29 yaşlı futbolçu qeyri müəyyən müddətə sıradan çıxıb.
Vrsalko yaxın zamanda əməliyyat olunacaq.