Millətlər Liqası: Millimizin rəqibləri müəyyənləşdi

21:53 - 16 Dekabr 2021

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Millətlər Liqası turnirinin 2022/23-cü illər mövsümünün püşkatma mərasimi keçirilib.

 

Sportal.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan millisi C liqasında Slovakiya, Belarus və Qazaxıstan/Moldova cütünün qalibi ilə birlikdə 3-cü qrupda mübarizə aparacaq. Qrup oyunları gələn ilin 2-14 iyun və 22-27 sentyabr tarixlərində keçiriləcək.

 

Qeyd edək ki, Qazaxıstan və Moldova gələn ilin mart ayında pley-off oyununda üz-üzə gələcək.

Xəbər xətti