Canni De Byazi: "Qrupda sözün yaxşı mənasında öz sözümüzü deyə bilərik"

22:50 - 16 Dekabr 2021

Xəbər verdiyimiz kimi, bu gün İsveçrənin Nyon şəhərində UEFA Millətlər Liqasının 2022/23-cü illər mövsümünün püşkatma mərasimi keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AFFA-nın rəsmi saytına verdiyi açıqlamada püşkü dəyərləndirib:

 

"Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq. Slovakiya millisinin qrupun favoriti olduğunu deməklə, yəqin ki, yeni nəsə demiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru yaxşı formada olsaq, qrupda sözün yaxşı mənasında öz sözümüzü deyə bilərik".

Xəbər xətti