Slovakiya millisinin kapitanı Marek Hamşik UEFA Mİllətlər Liqasında yer aldıqları qrupu dəyərləndirib.
Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Belarus, Azərbaycan və Moldova-Qazaxıstan cütünün qalibi ilə eyni qrupda yer almaları barədə bunları söyləyib:
"Qrupdakı rəqiblərlə daha əvvəl qarşılaşmışıq. Demək olar ki, onların hamısı keçmiş SSRİ ölkələridi. Qrupda tanımadığımız yeni rəqib yer alacaq. Bu ya Qazaxıstan, ya da Moldova millisi olacaq. Münasib qrupa düşdüyümüzü düşünürəm. Daha çətin rəqiblər var idi. Qrupun favoriti bizik və 1-ci yer uğrunda mübarizə aparacağıq”.