"Real"ın müdafiəçisi David Alaba La Liqanın 19-cu turunun "Atletik"lə oyununu buraxa bilər.
Sportal.az xəbər verir ki, avstriyalı futbolçu Madrid təmsilçisinin bu gün baş tutan məşqində iştirak etməyib. Koronavirus şübhəsi olan 29 yaşlı mərkəz müdafiəçisinin test cavabı gözlənilir.
Hazırda "Real"ın 7 futbolçusu koronavirusa yoluxduğuna görə karantinə alınıb. Alabanın da testi müsbət çıxsa, "kral klubu" Bilbao səfərinə 14 futbolçu ilə gedəcək.
Qeyd edək ki, "Atletik" - "Real" qarşılaşması sabah Bakı vaxtilə saat 00:30-da baş tutacaq.
saytlarin hazirlanmasi