La Liqa klubu baş məşqçi ilə davam qərarı verdi

11:59 - 22 Dekabr 2021

İspaniyanın "Betis" klubu baş məşqçi Manuel Pelleqrini ilə yola davam etmək qərarı verib.

 

Sportal.az xəbər verir ki, La Liqa klubu 68 yaşlı mütəxəssislə yeni müqavilə imzalayıb. Çilili çalışdırıcı 2025-ci ilin yayına kimi "ağ-yaşıllar"ın sükanı arxasında olacaq.

 

Qeyd edək ki, Manuel Pelleqrini 2020-ci ilin yayından İspaniya klubunu çalışdırır. "Betis" hazırda 33 xalla La Liqada turnir cədvəlinin 3-cü pilləsindədir.

Xəbər xətti