"Atletiko" İspaniya La Liqasının 21-ci turunda "Qranada"ya 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi çempionatda ardıcıl 4 oyundur ki, məğlub olur. "Atletiko" Dieqo Simionenin rəhbərliyi altında ilk dəfə çempionatda ardıcıl 4 matçda uduzub.
Paytaxt klubu ardıcıl olaraq "Malyorka", "Real", "Sevilya" və "Qranada" ilə görüşlərə meydanı xalsız tərk edib.
Qeyd edək ki, argentinalı mütəxəssis 2011-ci ildən "Atletiko"nu çalışdırır.
saytlarin hazirlanmasi