“Neftçi”nin və Azərbaycan millisinin sabiq futbolçusu karyerasını erkən yaşda bitirməyi qərara alıb.
Sportal.az sportinfo.az-a istinadən xəbər verir ki, Rəşad Eyubov bir daha yaşıl meydanlarda görünməyəcək.
29 yaşlı yarımmüdafiəçi karyerasına son qoyub. Onu bu addımı atmağa məcbur edən səbəb şəxsi məsələlər olub.
Sonuncu dəfə 2020-21 mövsümünün ilk yarısında “Zirə”nin heyətində 3 oyunda meydana çıxan Rəşad, bu il futbolsuz qalmışdı. Sən demə, sonuncu iş yerindən ayrılan kimi karyerasını sona çatdırmağı qərara alıb.
Eyubov bundan sonra özünü məşqçilikdə sınamaq istəyir. AFFA-nın təşkil etdiyi məşqçilik kurslarına yazılıb, B kateqoriyasına sahib olmaq üçün oxuyacaq. Çünki millidə oynadığı üçün C kateqoriyası avtomatik veriləcək.
2011-2020-ci illər aralığında top dalınca qaçan ötənlərin cinah yarımmüdafiəçi bu müddətdə “Simurq”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Sabah” və “Zirə”nin uğurları üçün tər töküb.
“Qəbələ”nin heyətində ölkə kubokunu və Premyer Liqanın gümüş medalını qazanıb. Azərbaycanın əsas millisində 7, U-21-də 3 görüşdə meydanda olub.
saytlarin hazirlanmasi