"Barselona" niderlandlı hücumçunu qışda göndərəcək

21:54 - 24 Dekabr 2021

"Barselona" "Sevilya"dan 1 illik icarəyə götürdüyü Luuk de Yonqu qış transfer pəncərəsində geri göndərəcək.

 

Sportal.az xəbər verir ki, buna baxmayaraq niderlandlı hücumçu "Sevilya"da oynamayacaq. Belə ki, 31 yaşlı forvardı "Kadis" heyətinə qatmaq istəyir. İspaniya mətbuatının yazdığına görə, "Sevilya" La Liqa təmsilçisinin təcrübəli oyunçunu 6 aylıq icarəyə götürmək təklifini qəbul edib.

 

Qeyd edək ki, Luuk de Yonq "Barselona"ya mövsümün əvvəlində keçib. Niderland millisinin üzvü Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 12 oyunda 1 qol vurub.

Xəbər xətti