"Barselona" Yusuf Demirlə yollarını ayıracaq.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi müqavilə ilə Avstriyanın "Rapid" (Vyana) klubuna məxsus olan 18 yaşlı hücumçunu heyətdə saxlamaq istəmir. La Liqa klubu türk əsilli futbolçunun müqaviləsində olan 10 milyon avroya birdəfəlik almaq maddəsindən istifadə etməyəcək.
Qeyd edək ki, Yusuf Demir əsas komandada 9 oyun keçirib. O, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.
saytlarin hazirlanmasi