İspaniyanın "Barselona" klubunun 3 futbolçusu koronavirusa yoluxub.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisində müdafiəçi Samul Umtiti, yarımmüdafiəçi Qavi və hücumçu Usman Dembelenin Covid-19 testləri müsbət çıxıb. Bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Barselona" İspaniya La Liqasında 2022-ci ilin 3 yanvar tarixində səfərdə "Malyorka"nın qonağı olacaq.
saytlarin hazirlanmasi