"Real"ın 4 futbolçusu koronavirusa yoluxdu

19:24 - 29 Dekabr 2021

İspaniyanın "Real" klubu 4 futbolçusunun xidmətindən məhrub olub.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin qapıçısı Tibo Kurtua, yarımmüdafiəçilər Federiko Varverde, Eduardo Kamavinqa və hücumçu Vinisius Junyor koronavirusa yoluxub. Bu barədə "kral klubu"nun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, "Real" İspaniya La Liqasının 20-ci turu çərçivəsində yanvarın 2-ci "Xetafe"nin qonağı olacaq.

Xəbər xətti