İspaniyanın "Levante" klubunun heyətində daha 5 nəfər koronavirusa yoluxub.
Sportal.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onlardan 3-ü futbolçu, 2-si isə klubun işçisidir. Həmin şəxslər dərhal karantinə alınıb.
Qeyd edək ki, "Levante" İspaniya La Liqasının 20-ci turunda səfərdə "Vilyarreal"ın qonağı olacaq. Qarşılaşma yanvarın 3-də baş tutacaq.
saytlarin hazirlanmasi