İspaniyanın "Atletiko" klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone və 4 futbolçuda virus aşkarlanıb. COVİD-19 testi pozitiv çıxan oyunçular Antuan Qrizmann, Koke, Hektor Errera və Joao Felişdir.
Qeyd edək ki, "Atletiko" İspaniya La Liqasının 20-ci turunda doğma meydanda "Rayo Vallekano"nu qəbul edəcək. Bu görüş 2022-ci ilin 2 yanvar tarixində baş tutacaq.
saytlarin hazirlanmasi