Azarkeş sayına məhdudiyyət qoyuldu

13:06 - 3 Yanvar 2022

İspaniya hökuməti koronavirusa qarşı mübarizədə yeni qaydalarla bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, idman tədbirlərində tamaşaçı sayına məhdudiyyət tətbiq edilib. Açıq idman qurğularının tribunalarının dolması 100 faizdən 75-ə, qapalı zalların isə 80 faizdən 50-yə endirilib.

 

İdman qurğularına yalnız maska ilə girişə icazə verilir. Bu məhdudiyyətlərin nə vaxta qədər qüvvədə olacağı barədə məlumat verilməyib.

Xəbər xətti