İspaniyanın "Sevilya" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Fernando Regeslə sözləşmənin müddəti uzadılıb. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi ilə imzalanan yeni müqavilənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Fernando "Sevilya"ya 2019-cu ilin yayında "Qalatasaray"dan transfer olunub. Braziliyalı futbolçu Əndəlüs təmsilçisinin heyətində 109 matça çıxıb.
saytlarin hazirlanmasi