Azərbaycanın U-15 və U-16 yığma komandalarının daha bir məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az saytının məlumatına görə, baş məşqçi Füzuli Məmmədov qapıçı məşqçisi kimi Amil Ağacanovu özünə köməkçi gətirib.
“Göyəzən”, “Olimpik”(Bakı), “Turan”, “Masallı”, MOİK, “Standard”, “Muğan”, AZAL, “Simurq” kmlublarının qapısını qorumuş Ağacanov sonuncu dəfə Naxçıvan Futbol Federasiyasının qapıçılarla iş üzrə koordinatoru, eyni zamanda “Araz-Naxçıvan”ın qapıçı məşqçisi kimi çalışıb.