İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, müdafiəçi Erik Qarsiyanın durumuna aydınlıq gəlib. La Liqanın 21-ci turunun "Qranada" ilə matçında (1:1) sağ ayaq əzələsindən xəsarət alan 21 yaşlı futbolçu 5 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Erik Qarsiya cari mövsümdə "Barselona"nın heyətində 20 oyunda meydana çıxıb.
saytlarin hazirlanmasi