İspaniya La Liqasında baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Kadis" Alvaro Servera ilə yollarını ayırıb. Bu barədə "sarı-göylər"in mətbuat xidməti məlumat yayıb. 56 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Alvaro Servera 2016-cı ildən "Kadis" klubunu çalışdırırdı. Komanda La Liqada 20 matçda topladığı 14 xalla 19-cu yerdə qərarlaşıb.
saytlarin hazirlanmasi