"The Best": Canni De Byazi kimə səs verib?

20:30 - 11 Yanvar 2022

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi FIFA-nın "The Best" mükafatı üçün 2021-ci ilin ən yaxşı kişi futbolçusu nominasiyası üzrə seçimlərini müəyyənləşdirib.

 

Sportal.az xəbər verir ki, bunu "Report"a italiyalı mütəxəssisin özü açıqlayıb.

 

O, "Bayern Münhen"in polşalı hücumçusu Robert Levandovskini fərqləndirib. 66 yaşlı baş məşqçi İngiltərənin "Çelsi" klubunda çıxış edən italiyalı yarımmüdafiəçi Jorjinyonu ikinci, "Liverpul"un misirli forvardı Məhəmməd Salahı isə üçüncü yerə layiq görüb.

 

Qeyd edək ki, "The Best" mükafatı yanvarın 17-də təqdim ediləcək. Ali futbol qurumu 2021-ci ilin ən yaxşı futbolçusu adına iddiaçıları 3-ə endirib. Bu ada 2020-ci ilin ən yaxşı futbolçusu Robert Levandovski ilə yanaşı, Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Liverpul"undan Məhəmməd Salah iddialıdır.

Xəbər xətti