"Barselona"nın 2 futbolçusu sağaldı: "El Klasiko"da oynayacaqlar

20:51 - 11 Yanvar 2022

İspaniyanın "Barselona" klubunun 2 futbolçusu koronavirusdan sağalıb.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Pedri və hücumçu Ferran Torresin koronavirus testinin nəticəsi neqativ çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Kollektivlə birgə məşqlərə qoşulan oyunçular "Real"a qarşı keçiriləcək İspaniya Super Kuboku matçında iştirak edə bilər.

 

Sabah, Səudiyyə Ərəbistanında İspaniya Super Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "El Klasiko" matçı Bakı vaxtilə saat 23:00-da başlayacaq.

Xəbər xətti