Almaniyanın "Bavariya" klubunun müdafiəçisi Alfonso Devisin ürəyində problem yaranıb.
Sportal.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin baş məşqçisi Yulian Nagelsmann məlumat verib. Kanadalı futbolçu koronavirusa yoluxduqdan sonra ürək əzələsində iltihab aşkarlanıb. 21 yaşlı cinah müdafiəçisi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Alfonso Devis cari mövsümdə "Bavariya"nın heyətində meydana çıxdığı 23 oyunda 6 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi