“Real”ın keçmiş futbolçusu Fransisko Gento vəfat edib.
Sportal.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Gento 89 yaşında vəfat edib.
Keçmiş müdafiəçi 1953-1971-ci illər aralığında “Real”da çıxış edib. Ümumilikdə o, komandanın heyətində 600 oyun keçirib və 182 qol vurub. Gento dünyada yeganə futbolçudur ki, 6 dəfə avrokubok qazanıb.
Gento “Real” tarixində ən çox – 23 titul qazanan iki futbolçudan biridir.
Tarix: 18 Yanvar [13:59]
|
|
Müəllif: Sportal.az
|