"Barselona"dan çətin qələbə - VİDEO

11:18 - 24 Yanvar 2022

İspaniya La Liqasında 22-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Barselona" səfərdə "Alaves"in qonağı olub. Qarşılaşma Kataloniya təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 35-ə yüksəldən "Barselona" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 17 xal toplayan "Alaves" isə 19-cu yerdədir.

 

"Alaves" - "Barselona" 0:1

Qol: Frenki de Yonq, 87

 

Xəbər xətti