21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Estoniya yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.
Sportal.az xəbər verir ki, Azərbaycan - Estoniya qarşılaşması martın 25-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək. Oyunun başlama saatı hələlik məlum deyil.
Tarix: 25 Yanvar [10:59]
|
|
Müəllif: Sportal.az
|