"Atletiko"da Oblak şoku

16:30 - 25 Yanvar 2022

İspaniyanın "Atletiko" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi qapıçı Yan Oblakın xidmətindən məhrum olub. Sloveniyalı "əlcək sahibi" koronavirusa yoluxub. Test nəticəsi pozitiv çıxan 29 yaşlı qolkiper karantinə alınıb.

 

Qeyd edək ki, Yan Oblak cari möcsümdə "Atletiko"nun heyətində 30 qarşılaşmada meydana çıxıb.

Xəbər xətti