"Çelsi" Azərbaycan çempionatının bombardirini transfer edir

17:29 - 10 Fevral 2022

Azərbaycan yığmasının futbolçusu Şəkər Piriyeva karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportal.az Apasport.az-a istinadən xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət millimizin hücumçusu “Çelsi”nin maraq dairəsinə düşüb.

 

London klubu 16 yaşlı istedadı heyətində görmək istəyir. Böyük britaniyalılar “Gömrükçü”nün forvardının keçidini yaxın müddətdə həll etmək niyyətindədir.

 

Qeyd edək ki, Şəkər U-17-nin heyətində son seçmə mərhələdə 2 oyunda 2 qol vurub. O, U-17-lərin ölkə çempionatında bombardirlər yarışında ön sıralarda qərarlaşıb. Şəkər komandasının 7 matç keçirdiyi yarışda 24 qola imza atıb.

Xəbər xətti